Azərbaycanda “E rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb

06.03.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maliyyə Nazirliyi Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanına əsasən “Dövlət rüsumlarının elektron idarə edilməsi" (e-rüsum) informasiya sisteminin yaradılmasına başlayıb. 

Ölkə.az nazirliyə istinadən xəbər verir ki, bu il iyunun 1-dən dövlət rüsumları informasiya sistemi vasitəsi ilə təqdim ediləcək elektron bildiriş əsasında ödəniləcək. 

Hazırda 22 dövlət orqanı, 4 publik hüquqi şəxs, Azərbaycan Mərkəzi Bankı və məhkəmələr 574 adda dövlət rüsumu tutur. İnformasiya sistemi olan qurumların e-rüsum sisteminə inteqrasiyası, olmayan qurumlar üçün isə elektron kabinetə daxil olmaq imkanı yaradılacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью