Azərbaycanda ƏDV ilə bağlı dəyişiklik edildi

03.03.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, bundan sonra Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı əlavə dəyər vergisinə cəlb olunmayacaq.

İndiyə qədər bu məsələdə səlahiyyət sahibi olan orqan (qurum) məlum deyildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью