Azərbaycanda əhali ayda neçə kq ət yeyir? Statistika açıqlandı

05.09.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 45 5 kiloqram olub. Bu isə 2023-cü illə müqayisədə 1.5 kiloqram çoxdur.

"AzPolitika" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.1 kq qoyun və keçi əti, 1 kq donuz əti, 18.1 kq quş əti istehlak edilib.

Qeyd edək ki, hesabat dövründə 256.9 kq süd və süd məhsulları, 195 ədəd yumurta, 8,4 kq isə balıq əti istehlak edilib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью