Azərbaycanda əhalinin əmanətləri 18,7 milyard manata çatdı

24.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari ilin on ayında əhalinin əmanətləri 15 faizə yaxın artaraq tarixi rekord – 18,7 milyard manata çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu 2026”da deyib.
O bildirib ki, son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunmaqdadır.
Unikal əmanətçi sayı 2 milyon 35 min nəfəri üstələyib. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri davam etməkdədir. Hazırda əhalinin əmanətləri yalnız 28 faizi xarici valyutadadır. Düşünürəm ki, qeyd olunanlar bank sektoruna olan etimadın ən bariz nümunəsidir.
Ə.Məmmədyarov qeyd edib ki, bank sisteminin dayanıqlılıq göstəriciləri də yüksək olaraq qalır.
Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sisteminin əsas göstəricisi olan kapitalın adekvatlıq əmsalı 17 faiz üzərindədir.
Bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır: 
"Bununla belə, ötən illərin qlobal böhranlarının tarixi bizə öyrədir ki, məhz sabitliyin zirvəsində bank sektorunun qarşısında duran yeni çağırışları obyektiv dəyərləndirmək vacibdir. Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında oyun qaydalarını köklü şəkildə dəyişdirir".
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью