Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda istehlakçıların qida seçimləri, həyat tərzi və qidalanma vərdişləri üzrə geniş məlumat bazası yaradılacaq.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, ilkin məlumatların toplanması üçün klaster sorğularının keçirilməsi nəzərdə tutulur.
Sorğuların nəticələri təhlil ediləcək və məlumat bazasının yaradılması mexanizmi hazırlanacaq.
Yekunda ölkədə qida istehlakı üzrə vahid məlumat bazası yaradılacaq.
Tədbir 2028–2032-ci illəri əhatə edəcək.