Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 % dən çox artıb | Icma…
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 2 milyard 202,4 milyon manat olub.
Bu barədə 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 12 ay ərzində təkcə hüquqi şəxslər əhaliyə 1 milyard 672 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu