Icma.az bildirir, Unikal.az portalına istinadən. "Ehtiyac meyarı artıq xeyli müddətdir ki, yaşayış minimumu ilə eyniləşib.
Təklifimiz ondan ibarətdir ki, beynəlxalq praktikanı nəzərə almaqla yaşayış minimumu anlayışından istifadə olunsun.
Bu da birbaşa onunla bağlıdır ki, əksər ölkələrdə ehtiyac meyarı anlayışı yoxdur".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, ünvanlı sosial yardımda da yaşayış minimumu anlayışından istifadə
Yaşayış minimumu artdıqca, ünvanlı sosial yardım məbləğlərində də artımların müşahidə edilməsinə gətirib çıxara bilər.
Doğrudur, ehtiyac meyarı son illər artır. Bu da ünvanlı sosial yardım proqramında yardım məbləğlərinin artmasına gətirib çıxarır.
Üçüncü ildir ki, ehtiyac meyarı ilə yaşayış minimumu eyniləşib.
Bu baxımdan, yaşayış minimumu anlayışından istifadə olunması və artımların həmin anlayış çərçivəsində həyata keçirilməsi, buna uyğu olaraq ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsi vacibdir".