Azərbaycanda əkilən ağacların neçə faizi tutmur? RƏSMİ CAVAB

08.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi su təminatı olmayan ərazilərə ağac əkmir".

Bunu BAKU.WS-ə açıqlamasında birliyin baş mühəndisi Cavanşir Məmmədov deyib.

Onun sözlərinə görə, aqrotexniki normalara görə, əkilən ağacların 10-15%-i tutmaya bilər. Bu limitə qədərinə qanun icazə verir:

"Bizdə isə heç o qədər tutmayan ağac olmur, olsa belə dəyişilir. Əgər hər hansı 100 ağacdan 5-10-u tutmayıbsa ya həmin müddətdə, ya da gələn mövsüm onlar yerlərindən çıxarılaraq yeniləri əkilir", - deyə qurum rəsmisi vurğulayıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью