Azərbaycanda elektrikli avtomobillərin şarjı əlçatandır? | Icma.az
Manset saytına istinadən Icma.az xəbər verir. Azərbaycanda elektrikli avtomobillərinin şarjı üçün şərait son illərdə inkişaf etməkdədir.
Elektrikli nəqliyyat vasitələrinin sayı artdıqca, şarj infrastrukturu da genişlənir.
Manset.az xəbər verir ki, Trend ölkəmizdə elektrikli avtomobillərin şarjı üçün yaradılan şəraiti araşdırıb.
Ən çox şarj məntəqələri Bakı şəhərində yerləşir, çünki burada elektrikli avtomobillərin sayı nisbətən çoxdur və böyük tələbat mövcuddur.
İctimai şarj stansiyaları, əsasən, şəhər mərkəzlərində və populyar ticarət mərkəzləri, hotellərin yaxınlığında quraşdırılır.
Bu stansiyalar dövlət və özəl sektorda müxtəlif şirkətlər tərəfindən idarə olunur.
Şəhər daxilində bəzi şirkətlər və ticarət mərkəzləri, hətta binaların özlərində də elektrikli avtomobillərin şarj edilməsi üçün stansiyaların qurulmasına başlanılıb.
Bu stansiyalar müəyyən bir şirkətin və ya bina sakinlərinin istifadəsi üçün nəzərdə tutulub, lakin açıq şəbəkələrdə də əlçatandır.
Tam oxu
Xəbəri oxu