Azərbaycanda əmanətlər üzrə faiz dərəcələri artırılıb

02.12.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin noyabrında Azərbaycan bankları  həm Azərbaycan manatında, həm ABŞ dollarında, həm də avroda yerləşdirilən əmanətlərin faiz dərəcələrini artırıb. 

Belə ki, 1 il müddətinə milli valyutada qəbul edilən əmanətlərin illik faiz dərəcəsi "Accessbank”da 9-11%-dən 8,5-11%-ə, "Azərbaycan Beynəlxalq Bankı”nda 10-11%-dən 10,5-11,5%-ə, "Azər-Türk Bank”da 5-5,5%-dən 8-8,5%-ə, "Bank of Baku”da 10,5-11%-dən 12%-ə, "Kapitalbank”da 9-10%-dən 10-11%-ə, "Rabitəbank”da 7,5-11%-dən 7,5-11,5%-ə, "Ziraatbank Azərbaycan”da isə 7,5-8,5%-dən 8-9%-ə dəyişdirilib.

Amerika valyutasında yerləşdirilən əmamətlərin illik faiz dərəcəsi "Accessbank”da 1-4,5%-dən 0,8-4,5%-ə, "Rabitəbank”da 3,3-3,5%-dən 3,6-4%-ə, "Ziraatbank Azərbaycan”da 2,5-3,25%-dən 3-3,75%-ə qaldırılıb. 

Avroda  qəbul edilən əmanətlərin illik faiz dərəcəsi də 2,25%-dən 2,75%-ə kimi artıb. 

Qalan 15 bankda əmanət faizləri ötən ay sabit qalıb.

N.Təbrizli
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью