Azərbaycanda əmək müqavilələrinin sayı artıb

09.12.2024

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.

Son 5 ildə ölkədə qeydə alınan əmək müqavilələrinin sayı 1 884 109 min olub. Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. 
Bundan öncə iqtisadiyayt naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda son 5 ildə qeyri-neft sektorunun özəl bölməsinə əmək müqavilələrinin sayı 79% artaraq 426 min olub.
Dövlət Vergi Xidmətinin son açıqlamasına görə, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında  482 194 vahid artım olub. 
2024-cü ilin altı ayında əmək müqavilələrin sayı 43 min artaraq 1 milyon 851 min 588-ə çatıb. 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 

Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 

Gülnar 


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью