Azərbaycanda Əməkdar həkim VƏFAT ETDİ

06.09.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью