Azərbaycanda Əməkdar müəllim vəfat etdi

21.09.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub. 1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-cü ildə APU-un Riyaziyyat fakültəsində "Riyaziyyat müəllimi" ixtisası üzrə təhsil alıb.

Daha sonra Rəncbər kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью