Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 23 faizə yaxın artıb

30.01.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

2025-ci ildə Azərbaycanda əmlak sığortası üzrə 240,878 milyon manat sığorta haqqı toplanılıb.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 46,474 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,5 % çoxdur.

12 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 19,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,2 manat olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью