Azərbaycanda əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr ARTIB

08.02.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il Azərbaycanda 50,6 milyard kubmetr təbii qaz istehsal edilib.

Redaktor.az xəbər verir ki, təbii qaz istehsalı əvvəlki illə müqayisədə 2,1 milyard kubmetr və ya 4,3% artıb.

Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilən təbii qazın həcmi 48,5 milyard kubmetr olub.

Ötən il istehsal olunan qazdan 38,7 milyard kubmetri əmtəəlik qaz olub. Bu göstərici əvvəlki illə müqayisədə 2,3 milyard kubmetr, yaxud da 6,2% çoxdur. 2023-cü ildə istehsal edilən əmtəəlik qazın həcmi 36,4 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, əmtəəlik - əvvəlcə kommersiya məqsədi daşımayan bir məhsulun bazar qaydalarına uyğun olaraq mal və ya xidmətə çevrilməsi prosesidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью