Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20% dən çox artıb

25.04.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 734,72 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,3% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 804,91 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 21% çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью