Azərbaycanda ən az maaşı hansı baş məşqçi alır? İdman və Biz

15.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Misli Premyer Liqada çalışan baş məşqçilər arasında ən az maaş alanın kimliyi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu, “Sumqayıt”da çalışan Vaqif Cavadovdur.

Oktyabrda Samir Abasovdan gedişindən sonra vəzifəyə gətirilən gənc mütəxəssis 7000 manat əməkhaqqı qarşılığında işləməyə razılaşıb. Cavadov 2024-cü ilin sonunadək bu qədər məvaciblə kifayətlənəcək. Həm gələcəyi, həm də qazanacağı pul onun özündən asılıdır.

Komanda bu müddətdə uğurlu nəticələr əldə edəcəksə, o, baş məşqçi səlahiyyətlərinin müvəqqəti icraçısı statusundan qurtulacaq və yeni müqavilə imzalanacaq. Belə olan halda, maaşı da nəzərəçarpacaq qədər artırılacaq (Sportinfo.az).

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью