Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonunun Xırdalan şəhərində yaradılan parkinq qiymətlərin yüksək olması ilə diqqət çəkib.
Bu barədə Ölkə.Az-a Xırdalan şəhər sakini məlumat verib. Onun sözlərinə görə, sözügedən parkinq Xırdalanda polis idarəsinin yanında yerləşən
Şikayətçi bildirib ki, avtomobilini 4 saatlıq marketə məxsus parkinqdə saxlayıb.
Bu müddətə görə, 10 manat parkinq ödənişinin yazılması sürücünü mənfi mənada təəccübləndirib.
Bakı şəhərində “Azparkinq” parklanma məntəqələrində 1 saat üçün ödəniş 1 manat, “mall”lardakı dayanacaqlarda isə 2 manat təşkil edir.
“Mall”ların parkinqində avtomobili 3-5 saat aralığında saxladıqda isə parkinq qiyməti 8 manatdır.
Sürücü parkinqin Bakıdakı dayanma məntəqələri ilə müqayisədə "ən baha" adlandırıb.