Azərbaycanda ən çox bu rayonlarda donuz saxlanılır | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 3103 donuz olub.
"Cebheinfo.az"ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən illə müqayisədə donuzların sayında ciddi azalma olub.
Belə ki, 2024-cü ilin əvvəlinə olan məlumatla müqayisədə donuzlar 30 faizdən çox azalıb. Bakıda donuzların sayı 1404-dən 616-ya düşüb.
Bu heyvanlar əsasən şəhərin Sabunçu rayonundadır. Ölkəmizdə ən çox donuzun olduğu rayon Qaxdır. Burada 1228 donuz var.
Qəbələ 670 donuzla ikinci sıradadır. İsmayıllıda isə 204 donuz qeydiyyata alınıb.
Statistikaya görə, Gəncədə 29, Goranboyda 34, Gədəbəydə 74, Siyəzəndə 25, Şabranda 7, Oğuzda 98, Kəlbəcərdə 100 donuz var.
"Cebheinfo.az" Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu