Azərbaycanda ən çox edilən estetik əməliyyatlar

07.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda 2025-ci il ərzində 5751 estetik əməliyyat həyata keçirilib.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsinə göndərdiyi sorğuya cavab olaraq bildirilib.

Statistikaya əsasən, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub.

Digər estetik əməliyyatlar isə belə sıralanıb:

Üz nahiyəsinin cavanlaşdırılması – 879 əməliyyat
Göz qapağı əməliyyatları (blefaroplastika) – 561 əməliyyat
Süd vəzisi əməliyyatları – 514 əməliyyat

Rəqəmlər Azərbaycanda estetik və plastik cərrahiyyə xidmətlərinə tələbatın yüksək olaraq qaldığını göstərir.

Xüsusilə üz nahiyəsinin cavanlaşdırılması, göz qapaqları və süd vəzisi üzrə aparılan əməliyyatların sayının çox olması estetik müdaxilələrə marağın müxtəlif istiqamətlərdə davam etdiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью