Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir MƏBLƏĞLƏR

18.02.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 8,1% artaraq 1 009 manat olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda orta aylıq əməkhaqqı 3 729  manat, qeyri-neft sektorunda isə 959  manat təşkil edib.

Dövlət müəssisələrində çalışanların orta maaşı 975 manat, özəl sektorda isə 1 044 manat olub. Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb – bu sahədə çalışanlar orta hesabla 3 564 manat əməkhaqqı alıblar. 

Ən aşağı maaş kənd, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb - bu sahədə çalışanlar isə orta hesabla  589 manat əməkhaqqı alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью