Azərbaycanda ən çox istifadə edilən əməliyyat sistemləri məlum olub

03.02.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əməliyyat sistemlərinin yanvar ayında Azərbaycan üzrə bazar payı məlum olub.

Banco.az xəbər verir ki, ölkəmizdə ötən ay ən çox istifadə edilən əməliyyat sistemi “Windows” olub.

Ötən ay bu əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 47,69%-ə bərabər olub. İkinci ən çox bazar payı olan əməliyyat sistemi “Android” (29,47%), üçüncü sırada isə iOS-dur (7,89%). 

Qeyd edək ki, "Android"in payı ötən ilin iyulundan bu ilin yanvar ayına qədər ardıcıl azalmağa davam edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью