Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda ali təhsil almaq istəyən abituriyentlər üçün universitet seçimi zamanı əsas meyarlardan biri də təhsil haqqıdır.
Xüsusilə ödənişli əsaslarla qəbul olan tələbələr üçün illik təhsil haqqının məbləği seçimə ciddi təsir göstərir.
“Cebheinfo.az” xəbər verir ki, hazırda bəzi dövlət universitetlərində müəyyən ixtisaslar üzrə illik təhsil haqqı 1100 manatdan başlayır. Ən aşağı illik təhsil haqqı olan universitetlər və ixtisaslar:
*Naxçıvan Dövlət Universitetində bəzi müəllimlik ixtisaslatəhsil haqqırı üzrə illik təhsil haqqı 1100 manat təşkil edir. Xarici dil müəllimliyi – ingilis, alman və rus dili istiqamətləri bu məbləğlə təklif olunan ixtisaslar sırasındadır.
*Gəncə Dövlət Universitetində kimya müəllimliyi ixtisasında illik təhsil haqqı 1100 manatdır. Psixologiya ixtisasında bu məbləğ 1200 manat, kompüter elmlərində isə 1300 manat təşkil edir. *Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində maşın, metallurgiya və sənaye mühəndisliyi istiqamətlərində illik təhsil haqları 1350–1450 manat arasında dəyişir.
*Mingəçevir Dövlət Universitetində xüsusilə qiyabi və bəzi əyani ixtisaslar üzrə illik təhsil haqları 1300 manatdan başlayır.
*Azərbaycan Dövlət Aqrar Universitetində mühəndislik və texnologiya istiqamətində bəzi ixtisaslar üzrə illik təhsil haqqı 1500–1700 manat arasında dəyişir.
Beləliklə, təqdim olunan məlumatlara əsasən, ən aşağı illik təhsil haqqı 1100 manat təşkil edir. Bu məbləğlə bir sıra ixtisaslarda təhsil almaq mümkündür.
Qeyd edək ki, təhsil haqqı ixtisasdan, təhsil formasından və qəbul ilindən asılı olaraq dəyişə bilər. Buna görə abituriyentlərin seçim etməzdən əvvəl universitetlərin rəsmi məlumatlarını nəzərdən keçirmələri tövsiyə olunur.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: universitetlər təhsil haqqı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin