Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. İnsanların əməkhaqları sektorlar üzrə dəyişir.
Belə ki, bu il üçün orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3 830,2 manat, qeyri neft-qaz sektorunda 1 010,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 1 017,2 manat, özəl müəssisələrdə isə 1 110,0 manat olub.
Əməkhaqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi (3 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 768 manat), informasiya və rabitə fəaliyyəti (1 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 645 manat) olub.
Ən aşağı olduğu sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (644 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (669 manat) hesab edilir.
Bəs maaş nəyə əsasən formalaşır? Bu sahələri hansı məqamlar fərqləndirir?
Qeyd edək ki, mədənçıxarma sənayesi üzrə yüksək əməkhaqqı alanlar mühəndislər, geoloqlar və layihə menecerləridir.
İnformasiya və rabitə sahəsində isə proqramçılar, sistem administratorları, şəbəkə mütəxəssisləri və kibertəhlükəsizlik üzrə mütəxəssisləri göstərə bilərik.
Tam oxu
Xəbəri oxu