Azərbaycanda ən yüksək keçid balı olan UNİVERSİTET

28.04.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ötən il keçirilən qəbul imtahanları nəticəsində formalaşan keçid balları açıqlanıb.

Modern.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbi (BANM) yüksək keçid balları ilə fərqlənib. Xüsusilə texniki və informasiya texnologiyaları sahələrində tədris olunan ixtisaslara tələbatın artdığı müşahidə olunur.

Ən yüksək keçid balı 687.1 ilə "İnformasiya təhlükəsizliyi" (tədris ingilis dilində) ixtisasına qeydə alınıb. Onu 678.0 balla "Kimya mühəndisliyi" və 673.5 balla "Kompüter elmləri" (tədris ingilis dilində) ixtisasları izləyir.

Digər İxtisaslar üzrə bəzi keçid balları:

Kompüter mühəndisliyi – 673.0

Neft-qaz mühəndisliyi – 668.3

Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 655.9

BANM-in II qrup üzrə təqdim etdiyi “Biznesin idarə edilməsi” ixtisasında da maraq yüksək olub. Bu sahə üzrə keçid balı 653.4  təşkil edib.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью