Azərbaycanda enerji xidmətlərinin keyfiyyəti və əlçatanlığı yüksəkdir Ekspertdən AÇIQLAMA …
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində həyata keçirilən islahatlar sektorun həm səmərəliliyini, həm də şəffaflığını artırmağa yönəlib.
Bu tədbirlər texniki, inzibati və maliyyə sahələrində bir sıra yenilikləri əhatə edir, nəticədə enerji xidmətlərinin keyfiyyəti və əlçatanlığı yüksəldilib".
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Ekspert Azərbaycanda elektrik təchizatı sahəsində aparılan islahatların təsiri və əhəmiyyətindən söz açıb: "Elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi islahatların ən mühüm hissəsidir.
Xüsusilə sahibkarlar üçün yaradılan "Azərişıq" ASC-nin elektron informasiya platformaları, müraciətlərin daha çevik şəkildə idarə edilməsini təmin edir.
Məsələn, yeni tikinti obyektlərinin şəbəkəyə qoşulması üçün tələb olunan yolların təsdiqlənməsi müddəti üç günlə məhdudlaşdırılmışdır, bu da bürokratik ləngimələri minimuma endirir.
Prosedurların rəqəmsallaşdırılması, həmçinin sənədləşmə prosesinin optimallaşdırılmasına və xidmətlərin şəffaflığının artırılmasına gətirib çıxarıb.
Tam oxu
Xəbəri oxu