Azərbaycanda erkən nikahın qarşısı ALINDI

28.12.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kürdəmir rayonunun Sığırlı kəndində erkən nikahın qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb:

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью