Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Ermənistanla Azərbaycan arasında qarşılıqlı ticarətin başlaması ilə bağlı yeni açıqlama verilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Ermənistan şirkətlərinin Azərbaycan şirkətlərinə məhsul satması barədə məlumatın açıqlanacağını bildirib.
Mirzoyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
“Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, bununla Ermənistan və Azərbaycan arasında məhsul mübadiləsi istiqamətində yeni mərhələ başlayacaq.
Qeyd edək ki, Mirzoyan bu açıqlamanı hazırda yalnız Ermənistanın Azərbaycandan məhsul aldığı barədə səsləndirilən fikirlərə münasibət bildirərkən verib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Ermənistan şirkətlərinin Azərbaycan şirkətlərinə məhsul satması barədə məlumatın açıqlanacağını bildirib.