Azərbaycanda ərzaq məhsulları bahalaşdı Yeni Gündəm | Icma.az
Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2024-cü ilin noyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz artıb.
Musavat.com-a Dövlət Statistika Komitəsindən daxil olan məlumata görə, hesabat dörvündə qida məhsulları, içkilər və tütün məmulatları 4,4 faiz, qeyri-qida məhsulları 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 6,0 faiz bahalaşıb.
Qeyd edək ki, açıqlanan rəqəmlər Azərbaycanda inflyasiyanın sürətləndiyini göstərir.
Belə ki, oktyabr ayında ölkədə illik inflyasiya 3,4 faiz təşkil etmişdi.
Noyabrda oktyabrla müqayisədə ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb: 2,6 faizdən 4,4 faizə qədər.
Rəsmi statistikaya əsasən 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz yüksəlib.
2024-cü ilin noyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz(oktyabrda 0,5 faiz), yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz(0,6 faiz) təşkil edib.
Tam oxu
Xəbəri oxu