Azərbaycanda ərzaqlıq yumurta istehsalı 43 % dən çox artıb

20.11.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda sənaye müəssisələrində ərzaqlıq yumurta istehsalı 43 %-dən çox artıb.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə heyvandarlıq sahəsində müəyyən dəyişikliklər var: "Bu dövr ərzində heyvandarlıqda 11 %-ə qədər artım qeydə alınıb. Ən böyük artımı quşçuluqda - həm ət, həm yumurta istehsalında - müşahidə edirik. Son illərdə yumurta istehsalı 20 %-dən çox artıb. Sənaye müəssisələrində ərzaqlıq yumurta istehsalı isə 43 %-dən çox artıb. Əslində, bu, yaxşı xəbərdir. Çünki sənayeləşmə baş verir və bizim də əsas hədəflərimizdən biri kənd təsərrüfatında məhsul istehsalının sənayeyə yönəldilməsinə nail olmaqdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью