Azərbaycanda əsas kapitala investisiyalar 10% ə yaxın artıb

11.11.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çoxdur.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz sektoruna 11 milyard 37,7 milyon manat investisiya yatırılıb. Bu göstərici illik müqayisədə 2,3% artıb.

Beləliklə, əsas kapitala yönəldilən investisiyaların 66,8%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью