Azərbaycanda əsgərlər maaşlarını kartla almağa BAŞLAYIB

03.11.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda əsgərlərə verilən maaşlar kartla ödəniləcək.

Modern.az-ın məlumatına görə, bunun üçün “əsgər kart”ları hazırlanıb.

Qeyd olunur ki, “əsgər kart”larının artıq hərbi qulluqçusu paylanılmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli saytımıza açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

“Əsgər məvacibi əvvəllər “vedmost”larla verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью