Azərbaycanda əsl orta maaş nə qədərdir? “Kasıblıq əlamətlərindən biridir”

26.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr ayları üzrə orta aylıq nominal əmək haqqının 1 172,7 manat təşkil etməsi ilə bağlı rəsmi statistika müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sözügedən göstəricinin hesablanma mexanizmini izah edərək bildirib ki, elan olunan 1 172 manat 70 qəpik vergi və sosial ödənişlər daxil olan tam məbləğdir:

“Orta aylıq əmək haqqı hesabat dövründə ölkə üzrə hesablanmış əmək haqqı fondunun muzdla çalışanların sayına, daha sonra isə hesabat dövründəki ayların sayına bölünməsi ilə hesablanır. Onu da deyim ki, elan olunan 1 172 manat 70 qəpik tam məbləğdir – vergisi, işsizlik, tibbi sığorta və DSMF ödənişləri içindədir. Onları çıxsan, məbləğ hardasa 1 000 manata düşəcək”. ShopByBro

İqtisadçı qeyd edib ki, rəsmi statistikada açıqlanmayan median əmək haqqı real vəziyyəti daha dəqiq əks etdirir:

“Median əmək haqqı ölkədəki bütün rəsmi işçilərin maaşları artan sıra ilə düzüldükdə siyahının tam ortasına düşən məbləğdir. Yəni bu göstərici işçilərin yarısının (50%-nin) bu məbləğdən az, digər yarısının isə çox maaş aldığını göstərir. Azərbaycanda median maaş haqqında rəsmi məlumat verilmir, amma dolayı hesablamalarla bu məbləğin orta aylıq əmək haqqının təqribən yarısına bərabər olduğunu görmək olar. Bu gün median maaş hardasa 580-590 manat arasıdır. Ölkədə muzdla çalışanların tən yarısı 580-590 manatdan aşağı maaş alır. Çox pis göstəricidir, kasıblıq əlamətlərindən biridir”.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью