Azərbaycanda eşşəklərin sayı 2400 baş azalıb RƏQƏMLƏR

11.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycandakı eşşəklərin sayı ilə bağlı yeni statistika açıqlanıb.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Bu 2025-ci illə müqayisədə 2 400 baş azdır. Ötən il ölkədə 12 700 baş eşşək var idi.
Rəsmi statistika göstrər ki, eşşəklərin baş sayı ildən-ilə azalan xətlə davam edir. Belə ki, 2024-cü ildə Azərbaycanda 14 900, 2023-cü ildə 20 000, 2021-ci ildə 23 400, 2016-cı ildə 35 800 baş eşşək var idi.
Rəsmi statistikaya görə, atların da baş sayı azalıb. 2026-cı ilin əvvəlinə ölkədə 46 400 baş at qeydə alınıb. Ötən il bu rəqəm 49 400 baş idi. Bu isə o deməkdir ki, atların sayında 3 000 baş azalma olub.
Rəsmi məlumatda ölkədəki dəvələrin sayının 400 baş olduğu göstərilib ki, bu da 2025-ci ildəki kimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью