Azərbaycanda ət idxalı artdı

26.04.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Bu ilin I rübündə Azərbaycan 11 min 889 ton əd idxal edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 24 milyon 824 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 259 ton (2,2 %) çoxdur, dəyər baxımından isə 556 min ABŞ dolları (2,1 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью