Azərbaycanda EV QİYMƏTİNƏ mobil nömrə satılır

26.01.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 120 min manata mobil nömrə satılır.

Turkustan.az-ın məlumatına görə, bu barədə "Instagram" platformasındakı mobil nömrə satışı səhifəsində elan paylaşılıb.

Səhifədə müxtəlif qiymətə olan nömrələrə rast gəlmək mümkündür.

Bəs görəsən, 120 min manat və ya daha aşağı qiymətə olan nömrələri alanlar olurmu? Bu nömrələri kimlər satın alırlar?

Məlumat almaq üçün səhifədə qeyd olunan nömrə ilə əlaqə saxladıq.

Sözügedən şəxs Oxu.Az-a açıqlamasında bildirib ki, bahalı nömrələr nadir hallarda satılır:

"Nömrələri alanların iş adamı olub-olmadığını bilmirik. Əsasən əvvəli "200"lə başlayan nömrələr satılır. Amma hazırda bazarda durğunluq hökm sürür. Ən yuxarı 60-70 min manata mobil nömrə satmışıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью