Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar Tam siyahı | Icma.az
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. Ötən il Azərbaycanda 25 min 929 yaşayış evi tikilərək istifadəyə verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 895,5 min kv.
metr olub. Qeyd edək ki, evlərin 11 min 522-ni fərdi yaşayış evləri (həyət evləri) təşkil edib.
Bundan başqa yaşayış evlərinin 2 min 431-i dövlət, 11 min 996-sı özəl şirkətlər, 11 min 502-si isə əhali tərəfindən inşa olunub.
Məlumat üçün bildirək ki, əhali tərəfindən inşa olunan fərdi yaşayış evlərinin ümumi sahəsi 1 milyon 690 min kv. metr olub.
Bir ədəd fərdi yaşayış evinin inşası üçün orta hesabla 67,4 min manat, bir kv.
metr yaşayış sahəsinin inşası üçün isə 459 manat vəsait xərclənib. Paytaxt Bakıda bir kv.
metr yaşayış sahəsinin inşası üçün isə 530 manat vəsait xərclənib.
Tam oxu
Xəbəri oxu