Azərbaycanda ev yandı Xəsarət alan var

11.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Samuxda 4 otaqlı ev yanıb.

Bu barədə Manset.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью