Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı | Icma.az
Icma.az, Qaynarinfo saytına istinadən bildirir. 2025-ci ilin 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zor
Bu barədə Qaynarinfo-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərin 68-i psixi, 21-i iqtisadi, 207-si fiziki, 6-sı cinsi zorakılığa məruz qalıb.
Komitədən verilən məlumata görə, məişət zorakılığına məruz qalanların 35-i kişi, 286-sı qadın, 253-ü uşaq (149-u oğlan, 104-ü qız) olub: "Kişilər daha çox psixi, bəzi hallarda iqtisadi zorakılığa məruz qalıblar.
Onların müraciətləri əsasən uşaqları ilə ünsiyyət, uşaq tələbi, uşaqlara anaları tərəfindən zorakılıq edilməsilə bağlı olub".
Dövlət Komitəsinə 2024-cü il ərzində uşaqlara qarşı törədilən zorakılıq halı ilə bağlı 455 müraciət daxil olub.
"2025-ci ilin ilk 7 ayı ərzində isə 258 müraciət qeydə alınıb.
Onlardan 152-si oğlan, 106-sı qız uşaqlarına qarşı törədilmiş zorakılıq hallarıdır", deyə qurumdan bildirilib.
Tam oxu
Xəbəri oxu