Azərbaycanda evlərdən oğurluq edən dəstə saxlanıldı: biri qadındır VİDEO

15.10.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Ucarda iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, onlar mənzillərdən 13000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.

Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью