Azərbaycanda faciə: qardaş qardaşı öldürdü

25.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdaşda qətl törədilib. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Aral-2 kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью