Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi

15.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın ali təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib. 

Lent.az xəbər verir ki, "MOUZE" kanalı bununla bağlı şok faktlar əldə edib.

Məlumatda qeyd olunur ki, bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər.

Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları  bəlli olub. 

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib. 

Kanal yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat yayacağını anons edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью