Azərbaycanda fəaliyyət göstərən taksi operatorlarının sayı açıqlandı

10.01.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib".

Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub:

"Tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartı alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir. Buraxılış kartı alan taksilərin 35%-i 2020-24-cü illərdə istehsal olunan nəqliyyat vasitələridir.

13 taksi operatoruna icazə verilib. Təxminən 34 198 taksi sürücüsü təlimdən keçib".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью