Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. AFFA Hakimlər Komitəsinin hədəflərindən ən başlıcası Azərbaycanın beynəlxalq arenadakı təm
Axar.az xəbər verir ki, bu barədə komitənin sədri Frank De Bleker Teleqraf-a açıqlamasında məlumat verib.
Belçikalı sabiq FİFA referisi hazırda bu məsələ üzərində çalışdıqlarını bildirib: "Əlbəttə, hədəflərimizdən ən başlıcası beynəlxalq arenada təmsilçilərimizin sayının artmasıdır.
Hazırda FİFA hakimlərimizdən ikisi – Əliyar Ağayev və Elçin Məsiyev I kateqoriyada, Kamal Umudlu isə II kateqoriyadadır.
Elçin Məsiyev bu ildən birinci kateqoriyaya yüksəldi. İlk dəfədir ki, Azərbaycanın 2 hakimi I kateqoriyadadır.
Bu da Azərbaycan hakimlik məktəbi üçün bir uğurdur. Kamal Umudlu isə II kateqoriyadadır".
Qeyd edək ki, bu ildən Ermənistanda FİFA referilərinin sayı 4-ə çatdırılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.