Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu

07.11.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan “44” bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb.

Axşam.az xəbər verir ki, aktrisa filmdə rol almağın onun üçün böyük qürur olduğunu bildirib:

"Mənim üçün inanılmaz bir təcrübə idi. Özümü çox yaxşı hiss etdiyim bir dövr oldu. Hekayələrimizi birlikdə təqdim etmək çox təsirli idi. Böyük zövqlə çalışdıq və çox xoşbəxtəm. Geri dönüşlər də olduqca gözəldir.

Bu, həqiqətən də möhtəşəm hissdir. Bir müsahibəmdə də demişdim ki, illərlə başqalarının hekayələri ilə böyümüşük. Axşam evə gələndə izlədiyimiz seriallar, televiziyada gördüyümüz hekayələr uşaqlıq illərimizdə bizim üçün çox həyəcanverici idi. İndi isə öz hekayələrimlə başqa evlərə, başqa dünyalara qonaq olmaq bir aktyor üçün möhtəşəm hissdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью