Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 11 % ə yaxın artıb

27.05.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 895 milyon manat proqnoza qarşı 1 milyard 839,2 milyon manat (55,8 milyon manat və yaxud 3 % az), 2023-cü illə müqayisədə isə 179,6 milyon manat və yaxud 10,8 % çox icra olunub.

525.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, artıma səbəb ölkədə orta aylıq nominal əməkhaqqının 75 manat və yaxud 8,1 %, əməkhaqqı fondunun isə 2 milyard 252,1 milyon manat və yaxud 10,8 % artmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью