Azərbaycanda futbol hakimi yüksək vəzifəyə TƏYİN OLUNDU

22.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.

Oxu.Az bu barədə AKTA-ya istinadən xəbər verir.

Bildirilib ki, AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rauf Cabarov həm də futbol hakimi olaraq fəaliyyət göstərib. O, 2003-cü ildə futbol hakimi karyerasına başlayıb.

Beynəlxalq karyerasına isə 2019-cu ildə FİFA-nın beynəlxalq dərəcəli hakimi kimi də matçlara təyinat alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью