Azərbaycanda futbol klubu cərimələnə bilər

05.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt Futbol Klubu MMC cərimələnə bilər.

Klub barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü(Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Sumqayıt şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2010-cu ildə yaranan Sumqayıt Futbol Klubunun prezidenti Riad Rəfiyev, baş məşqçisi Vaqif Cavadovdur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью