Azərbaycanda gəlin qayınanasını döydü: Oğluma başqa arvad alacam | Icma.az
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Sabirabadda gəlin qayınanasını döyüb.
Lent.az-ın məlumatına görə, hadisə Qaraqaşlı kəndində baş verib. 25 yaşlı T. Məmmədova yaşadıqları evdə qayınanası ilə mübahisə edib.
Mübahisə zamanı o, qadının qolunu burub və yerə yıxmaq üçün güc tətbiq edərək aşağı əyib.
Nəticədə zərərçəkənin çanaq nahiyəsində güclü ağrılar yaranıb.
1 azyaşlı qızı olan təqsirləndirilən şəxs bildirib ki, naməlum səbəbdən qayınanasının ondan xoşu gəlmir: “Əvvəllər problemimiz yox idi.
Son 3-4 aydır ki, mübahisələrimiz yaranıb. Qayınanam daim deyir ki, səni evdən çıxaracam, boşatdırıb oğluma başqa arvad alacam.
Cavab olaraq, mən də ona dedim ki, sən özün də vaxtında qayınanana zülm etmisən.
Bundan sonra o, stolun üstündəki kasanı götürüb məni vurmaq istədi. Buna görə tez qayınanamın qolunu tutub burdum.
Tam oxu
Xəbəri oxu