Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

22.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək.

Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Bununla bağlı ilk xəbəri "Qafqazinfo" yayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью